Atatürkün büstü zibil torbasından tapıldı - FOTO
Bizi izləyin

Dünya

Atatürkün büstü zibil torbasından tapıldı - FOTO

Təmizlik işciləri “Porsuq Çayı”nı zibillərdən təmizləyərkən Atatürükün büstünü tapıblar.

Publika.az xəbər verir ki, hadisə Türkiyənin Əskişəhər ərazisində baş verib. Çaya atılan paketin ağırlığı zibilləri toplamağa çalışan bələdiyyə işcilərinin marağına səbəb olub. Paketin ağzını açan işcilər Mustafa Kamal Atatürkün büstünü görüblər.

Belə bir mənzərəyə şahid olduqları üçün üzgün olduqlarını bildirən işcilər büstü atanları qınayıblar :

“Bu büst bayraq qədər dəyərlidir. Ümid edirik ki, səhvən düşmüşdür. Əgər bilərəkdən atıblarsa onları şiddətli şəkildə qınayırıq. Büstü öz kiçik köşkümüzə aparıb uyğun yerə qoymağı düşünürük”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm