Putinə məktub yazdı: “Məni İŞİD-lə döyüşə göndər”
Bizi izləyin

Dünya

Putinə məktub yazdı: “Məni İŞİD-lə döyüşə göndər”

Rusiyanın müxalif siyasətçisi Boris Nemtsovun qətlində ittiham edilən Zaur Dadayev prezident Vladimir Putinə məktub yazıb.

Publika.az “İnterfaks” agentliyinə istinadən xəbər verir ki, Zaur Dadayev dövlət başçısından onu Suriyaya göndərməyi xahiş edib. O, “İslam dövləti” (İŞİD) terror qruplaşması ilə vuruşmaq istədiyini bildirib.

“Mən sizdən öz günahsızlığımı sübut etmək imkanı verməyi xahiş edirəm. Mən Rusiya üçün, vətən üçün həlak olmağa hazır olduğunu sübut etmək istəyirəm”, - Dadayev yazıb.

Çeçenistan Respublikasının Daxili İşlər Nazirliyinin daxili qoşunlarının “Şimal” batalyonun komandirinin sabiq müavini Zaur Dadayev Şimali Qafqazda mücahidlərə qarşı döyüş əməliyyatlarında iştirak etdiyini, bir sıra orden və medallarla tıltif olunduğunu xatırladıb.

Qeyd edək ki, Nemtsov fevralın 27-də axşam saatlarında Kreml yaxınlığında, Moskva çayı körpüsünün üzərində qətlə yetirilib. Martın 8-də Moskvanın Basman rayon məhkəməsi Boris Nemtsovun qətlində şübhəli bilinən beş nəfərin həbs olunması barədə qərar çıxarıb.

Zaur Dadayev və Anzor Qubaşevə cinayət işi üzrə ittiham irəli sürülüb. Cinayət işində əsas fiqur Zaur Dadayev hesab olunur. Digər üç nəfər – Qubaşevin qardaşı Şahid, Tamerlan Əskərxanov, Xamzad Baxayev və axtarışda olan Ruslan Qeremeyev hələlik şübhəli hesab olunurlar.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm