Suriya böhranı: Rusiya-İran ittifaqı pozulacaq
Bizi izləyin

Dünya

Suriya böhranı: Rusiya-İran ittifaqı pozulacaq

Rusiya və İranın Suriyaya görə müttəfiq olması Qərb üçün ciddi problemdir.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı “Vol Strit Jurnal” qəzeti yayıb. Qəzet İran və Rusiyanın Suriyada ayrı-ayrı məqsədlərinin olduğunu bildirib:

“Bu cür fərqli strategiyalar yaxın aylarda gərginliyin artmasına səbəb ola bilər. Rusiya üçün Suriya əməliyyatı çoxqütblü dünyanın yaranmasına hesablanmış qlobal planın bir hissəsidir. Bunun nəticəsində isə Moskva ən böyük güclərdən biri olmalıdır. Əsədi dəstəkləməklə Moskva həmçinin Qərbə göstərmək istəyir ki, ölkə daxilində inqilablara izn verməyəcək. Kreml həm də özünün Aralıq dənizinə tək çıxış yolunu qoruyub saxlamağa çalışır. İran isə regionda şiələrin hakimiyyətinin gücləndirilməsinə çalışır. Bundan başqa Tehran Suriya ordusundan çox milli müdafiə güclərini dəstəkləyir. Məhz buradakı bölmələri də iranlı təlimçilər idarə edirlər. Bütün bunlar hər iki tərəf arasında ittifaqın yaranmasına mane olacaq”.

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

- See more at: http://axar.az/news/69240#sthash.pHwiuCYM.dpuf

Oxumağa davam et
Reklam
Reklam

Gündəm