Dünya
Elxan Süleymanov Çeçenistanın baş onkoloqu təyin edildi
Çeçenistan rəhbəri Ramzan Kadırov Azərbaycan vətəndaşı, tibb elmləri namizədi Elxan Süleymanovu özünün səhiyyə məsələləri üzrə müşaviri və baş onkoloq təyin edib.
Virtualaz.org saytı xəbər verir ki, bu barədə Çeçenistan hökumətinin rəsmi saytı məlumat yayıb.
Ramzan Kadırov bu gün Elxan Süleymanovla görüşərək onunla Çeçenistanda onkoloji xəstəliklərə qarşı mübarizə məsələləri ilə bağlı müzakirələr aparıb. Çeçenistan rəhbəri bildirib ki, onu özünə müşavir təyin etməklə bərabər həm də Respublika Onkoloji Mərkəzin baş həkimi vəzifəsinə təyin edir.
“Respublikada ən geniş yayılmış təhlükəli xəstəliklərdən biri onkoloji xəstəliklərdir. Elxan Süleymanov ixtisasca onkoloqdur, Azərbayan Tibb Universitetini əla qiymətlərlər bitirib, aspiranturada təhsil alıb, Moskvada işləyib, Almaniyada staj keçib. Mən əminəm ki, o, əhaliyə onkoloji yardımın səviyyəsini artıracaq” - deyə Kadırov bildirib.
Çeçenistan rəhbəri deyib ki, bu günlərdə E.Süleymanovla birlikdə bir sıra xəstəxanları gəzib. O, xəstəxanaların müasir olduğunu və yeni avadanlıqlarla təchiz edildiyini deyib.
E.Süleymanov yüksək etimada görə R.Kadırova təşəkkür edib və əhaliyə tibbi xidmətin səviyyəsini qaldırmaq üçün əlindən gələni edəcəyini bildirib.
E.Süleymanov 1974-cü ildə Bakıda anadan olub. Tibb Universitetini əla qiymətlərlə bitirib. Bakıda Onkologiya Mərkəzində işləyib, Moskvada aspiranturanı bitirib, tibb elmləri namizədidir. Almaniyada staj keçib. Hazırda onkoloq-cərrah kimi fəaliyyət göstərir, bir neçə dil bilir.
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...