Beş amerikalı bir gündə 10 milyard dollar varlandı - SİYAHI
Bizi izləyin

Dünya

Beş amerikalı bir gündə 10 milyard dollar varlandı - SİYAHI

Son bir gün ərzində beş amerikalı 10 milyard dollar varlanıb.

Publika.az xəbər verir ki, bu barədə birjalardakı qiymət dəyişikliyini şərh edən “USA Today” qəzeti yazıb.

Nəşrin məlumatına görə, ən böyük uduşu “Amazon” kampaniyasının sahibi Ceff Bezos əldə edib. Onun şirkətinin səhmlərinin qiyməti 6,2 faiz yüksəlib və nəticədə milyarderin şəxsi aktivləri 2,91 milyard dollar artıb.

“Google” şirkətinin qurucuları Larri Peyc və Sergey Brin bu siyahıda ikinci yerdə qərarlaşıb. Birinci şirkətin səhmlərinin bahalaşmasından 2,48, ikinci isə 2,42 milyard dollar qazanıb.

Bill Qeyts sahibi olduğu “Microsoft” şirkətinin səhmlərinin bahalaşmasından bir gün ərzində 1,12 milyard dollar qazanıb.

“Facebook”un rəhbəri Mark Zukerberq isə 1,07 milyard dollar varlanıb.

“USA Today” qəzeti həmçinin bildirir ki, səhmlərin ucuzlaşması nəticəsində qazanılan sərvət tezliklə “buxarlana” da bilər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm