Poroşenko Rusiya üzrə tədqiqat mərkəzini yaratdı
Bizi izləyin

Dünya

Poroşenko Rusiya üzrə tədqiqat mərkəzini yaratdı

Ukrayna prezidenti Pyotr Poroşenko Rusiya üzrə tədqiqat mərkəzinin yaradılması haqqında fərmanı imzalayıb.

Publika.az UNİAN agentliyinə istinadən xəbər verir ki, bu barədə dövlət başçısının rəsmi saytında bildirilir.

Prezident administrasiyasından isə bildiriblər ki, elmi-analitik araşdırmalar və Moskva ilə münasibətlərdə ortaya çıxan aktual problemlərin tədqiqi mərkəzin əsas məqsədi olacaq.

“Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzü, Rusiya cəmiyyətində baş verən proseslər, beynəlxalq arenada Rusiya Federasiyasının son hərəkətləri və Rusiyadakı ukraynalıların maraqlarının təminatı dəqiq peşəkar analiz tələb edir”, - administrasiya başçının müavini Konstantin Yeliseyev deyib.

Mərkəz Milli Strateji Tədqiqatlar İnstitutunun tərkibində struktur bölmə kimi fəaliyyət göstərəcək.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm