Misirdə iki polis öldürülüb
Bizi izləyin

Dünya

Misirdə iki polis öldürülüb

Şimali Sinayın Əl-Ariş şəhərində əldəqayırma partlayıcı qurğunun partlaması nəticəsində iki polis nəfəri həlak olub, doqquz nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Yerli KİV-lər Misir Daxili İşlər Nazirliyinin mətbuat mərkəzinə istinadla xəbər verir ki, terrorçular bombanı güc strukturlarının avtomobil karvanı keçən zaman partladıblar.

Qeyd etmək lazımdır ki, Misirdə artıq iki ildir ki, Şimali Sinay yarımadasında antiterror əməliyyatı davam edir. Burada yerləşən ekstremist qruplaşmaları Misir polisinə və hərbçilərinə hücumlar edirlər.

Bu günlərdə Misir uğurlu antiterror əməliyyatı keçirildiyini, şimali Sinay yarımadasında 20 terrorçunun məhv edildiyini, 78 terrorçunun həbsə alındığını bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm