• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Rusiya ilə Misir Suriya əməliyyatlarında əməkdaşlıq edəcək

  • Dünya
  • 25 Oktyabr 2015 08:42
  • 265 Baxış
Rusiya ilə Misir Suriya əməliyyatlarında əməkdaşlıq edəcək

Rusiya ilə Misir Suriya əməliyyatlarında birgə əməkdaşlıq edəcək.

Bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov məlumat verib. O, Suriya böhranının həlli üçün aparılan müzakirələrin İranın iştirakı olmadan ümid vəd etməyəcəyini, bu prosesə Misir, Qətər, Birləşmiş Ərəb Əmirlikləri və İordaniyanın də qatılmasının vacibliyini bildirib. S.Lavrov misirli həmkarı Samih Şükrü ilə iki ölkənin Suriyadakı terror əməliyyatlarında və siyasi həll prosesində əməkdaşlıq etməklə bağlı razılığa gəldiklərini deyib.

Qərb ölkələrindən fərqli olaraq təkcə bir tərəfi müdafiə etmədiklərini deyən Rusiyanın xarici işlər naziri yalnız Bəşər Əsədin və ya hər hansı bir müxalif qrupun deyil, bütövlükdə Suriyanın maraqlarını qoruduqlarını bildirib.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR