• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

60 illik həsrət: Şimal və cənubi koreyalıların görüşü - FOTO

  • Dünya
  • 25 Oktyabr 2015 09:42
  • 1 410 Baxış
60 illik həsrət: Şimal və cənubi koreyalıların görüşü - FOTO

Əsasən yaşlı insanlardan ibarət bir qrup cənubi koreyalı şimaldakı qohumları ilə görüşüb. Bu, 1950-53-cü illər Koreya Müharibəsi nəticəsində ayrılmaış ailə üzvlərinin ikinci belə görüşüdür.

Cənubdan olan təxminən 250 nəfərə yaxınlarını görmək üçün üç günlük şimala səfər etmək icazəsi verilib. Digər qrupun görüşü də bu həftənin əvvəli baş tutmuşdu. Görüşdə iştirak edənlərin əksəriyyəti 60 il ərzində birinci dəfədir ki, yaxınlarını görür. Koreya yarımadasının ikiyə bölünməsi nəticəsində milyonlarla insan yaxınlarından ayrı düşüb. Bu, son beş ildə baş tutmuş ikinci belə görüşdür.

Cənubi Koreya görüş üçün müraciət edən minlərlə insan arasında kompüter lotereya sistemindən istifadə edir.

Seçilmiş şəxslər, adətən ailə üzvlərinin də iştirakı ilə, yaxınlarını görmək üçün avtobuslarla Cənubi Koreyadan şimala səyahət edirlər.

Onların yenidən görüşmə ehtimalı isə çox azdır.

Bacılar Cho Soon-jeon və Gwi-nyeo uzun illərdən sonra bir-birilə görüşür Cənubi Koreyadan olan 93 yaşlı ana Kom Wol-soon, 72 yaşlı şimali koreyalı oğlu Ju Jae-un -la birgə

Xəbər lenti

DAHA ÇOX XƏBƏR