Dünya
Rusiya Krımın müstəqilliyini tanıdı - Yeniləndi
Krımın və Sevastopolun Rusiyanın tərkibinə daxil olmaq təklifləri müzakirə ediləcək
Rusiya Prezidenti Vladimir Putin Federasiya Şurasını, Dövlət Dumasını və RF hökumətini Krım parlamenti və Sevastopol Qanunvericilik Məclisinin Rusiyanın tərkibinə daxil edilməsi təklifləri və yeni subyektlərin yaradılması haqqında xəbərdar edib. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı RİA Novosti Kremlin mətbuat xidmətinə istinadən xəbər yayıb.
Məlumatda deyilir: "Putin RF Federasiya Şurasını Krım Respublikasının Dövlət Şurasının və Sevastopol şəhərinin Qanunvericilik Məclisinin Sevastopol şəhəri də daxil olmaqla Rusiyanın tərkibinə daxil edilməsi və RF tərkibində yeni subyektlərin yaradılması haqqında xəbərdar edib".
Xatırladaq ki, martın 16-da Krımın statusu haqqında referendum keçirilib. Son məlumatlara görə, seçicilərin təxminən 96 faizi muxtar respublikanın Rusiyaya birləşdirilməsinin lehinə səs verib. Dünyanın bir çox ölkələri referendumun nəticələrinin tanınmamasına dair bəyanatlarla çıxış ediblər.
01.36
Rusiya Federasiyasının prezidenti Vladimir Putin "Krım Respublikasının tanınması haqqında" fərman imzalayıb. Publika.Az xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat xidməti məlumat verib.
"Krım xalqının ümumkrım 2014-cü
il, 16 mart tarixli referendumdakı iradəsini nəzərə alaraq, Krım
Respublikası suveren, müstəqil dövlət kimi tanınsın", - fərmanda
belə deyilir.
Sənəddə Sevastopol şəhərinin Krım Respublikasında xüsusi statusa
malik olması da bildirilir.
-
Sağlamlıq17:27
Yapon alimləri xərçənglə mübarizə üçün unikal vasitə hazırladı
-
Sosial17:00
Sabiq baş pediatrın intiharı ilə bağlı cinayət işi başlandı - Yeniləndi
-
Cənubi Qafqaz16:39
Ukrayna deputatları Vardanyanı biabır etdilər - Nobel Komitəsinə müraciət
-
MDB15:56
Həbs olunan generalla bağlı şok iddia: Boşanması uydurma olub
-
İdman15:15
Həbsxanadan məktub yazdı: İki zabitin qarşısında soyunmalı oluram - FOTOLAR
-
Rəsmi xronika14:51
Azərbaycan Qırğızıstanla Anlaşma Memorandumu imzaladı
-
Hadisə14:06
Sabiq baş pediatr özünü güllələdi - TƏCİLİ
-
Rəsmi xronika14:05
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - Yeniləndi