• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Pentaqondan şok xəbərdarlıq: ruslar ABŞ-ı...

  • Dünya
  • 26 Oktyabr 2015 20:13
  • 3 726 Baxış
Pentaqondan şok xəbərdarlıq: ruslar ABŞ-ı...

Rusiyanın sualtı qayıqları və kəşfiyyat gəmiləri ABŞ-ı internetdən məhrum etmək niyyətindədir.

Publika.az “The New York Times” nəşrinə istinadən xəbər verir ki, bu barədə ABŞ Hərbi-Dəniz Qüvvələrinin nümayəndəsi Uilyam Marks bildirib.

Onun sözlərinə görə, ABŞ-la qarşıdurma olacağı halda Rusiyanın sualtı qayıqları və kəşfiyyat gəmiləri ABŞ-ı internetdən məhrum edə bilər. Uilyam Marks qeyd edib ki, ABŞ-ın Hərbi-Dəniz Qüvvələri və kəşfiyyat xidmətlərinin komandanlığı sualtı internet kabellərinin olduğu Şimal dənizi və Asiyanın şimal-şərqi arasındakı ərazilərdə, həmçinin Birləşmiş Ştatların sahillərində Rusiyanın əhəmiyyətli aktivliyini müşahidə edir.

“The New York Times”ə görə, Amerika hərbçiləri də hesab edirlər ki, Rusiyanın sualtı qayıqları və kəşfiyyat gəmiləri suyun dərinliklərində çəkilən kabelləri kəsmək imkanlarına malikdir.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR