FİFA və UEFA da Rusiyaya sanksiya tətbiq edə bilər
Bizi izləyin

Dünya

FİFA və UEFA da Rusiyaya sanksiya tətbiq edə bilər

Krımdakı hadisələr səbəbindən Avropa və dünya futbolu qurumlarının rəhbərləri Rusiyanın “Qazprom” şirkətinə qarşı sanksiyaları nəzərdən keçirir.

Krımdakı hadisələr səbəbindən Avropa və dünya futbolu qurumlarının rəhbərləri Rusiyanın “Qazprom” şirkətinə qarşı sanksiyaları nəzərdən keçirir.

Bu idman növünün məmurları iki sanksiyanı məqsədə müvafiq sayırlar. Birinci sanksiya futbol üzrə 2018-ci ildə Rusiyada keçirilməsi nəzərdə tutulan dünya çempionatının başqa ölkəyə verilməsi, ikinci qadağa isə “Qazprom”un Avropa futboluna təsirini azaltmaqdır.

Qeyd edək ki, rus şirkəti Piterin “Zenit”, Almaniyanın “Şalke” və Serbiyanın “Çervena zvezda” klublarının baş sponsorudur. Bundan başqa, “Qazprom” London “Çelsi”sinin tərəfdaşıdır. Hazırda futbol üzrə çempionlar liqası da şirkətin sponsorluğu ilə keçirilir.

Xatırladaq ki, Rusiya tərəfi 2018-ci ilin dünya çempionatının ərsəyə gəlməsi üçün 20 miyard dollar xərcləməyə hazır olduğunu açıqlayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm