Poroşenko “beşinci kolon”un məğlubiyyətini elan etdi
Bizi izləyin

Dünya

Poroşenko “beşinci kolon”un məğlubiyyətini elan etdi

Ukrayna prezidenti Pyotr Poroşenko seçkilərdə rusiyayönlü “beşinci kolon”un müvəffəqiyyətsiz olduğunu açıqlayıb.

Publika.az UNİAN agentliyinə istinadən xəbər verir ki, dövlət başçısı Ukrayna hakimiyyətini qorxudan qeyri-demokratik güclərin qisasının alınmadığını deyib.

Pyotr Poroşenkonun fikrincə, seçkilərin nəticəsinə görə təsdiq etmək olar ki, Ukraynanı parçalamaq istəyənlər məqsədlərinə nail olmayıblar. Prezident vurğulayıb ki, hakimiyyət daxilində “beşinci kolon” yaratmaq istəyən Rusiyanın cəhdi uğursuz olub.

Qeyd edək ki, oktyabrın 25-də Ukraynada yerli idarəetmə orqanlarına seçkilər keçirilib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm