Onlar Türkiyədə qalıblar - “Ölüm qrupu” Türkiyəni partlatmağa hazırdır – ŞOK PLAN
Bizi izləyin

Dünya

Onlar Türkiyədə qalıblar - “Ölüm qrupu” Türkiyəni partlatmağa hazırdır – ŞOK PLAN

Oktyabrın 10-da Ankarada törədilən terror aktı ilə əlaqədar barəsində həbs qərarı verilən 10 İŞİD üzvü Suriyaya getməyib.

Publika.az xəbər verir ki, bu barədə “Sputnik” agentliyinin türk xidmətinə danışan türkiyəli təhlükəsizlik səlahiyyətlisi bildirib.

O, İŞİD üzvlərinin hazırda Türkiyədə olduğunu və Ankarada törədilən terror aktı miqyasında yeni hücumlara hazırlaşdığını bildirib. Təhlükəsizlik səlahiyyətlisinin sözlərinə görə, kəşfiyyat 10 İŞİD üzvünün yeni hücumlara hazırlaşmaq üçün Türkiyədə qaldığı barədə məlumatlara sahibdir.

Sözügedən İŞİD üzvlərinin adları isə bunlardır: Yunus Durmaz, Halil İbrahim Durgun, Hasan Hüseyn Uğur, Abdülmuttalip Dəmir, Burak Ormanoğlu, Mətin Akaltın, Mehmet Kadir Cebeal, Dəniz Büyükçələbi və Hacı Əli Durmaz. Onların Ankara terror aktından sonra Suriyaya qaçdığı iddia edilmişdi.

“Əldə edilən məlumatlara görə, axtarılan 10 adam hücumdan sonra Suriyaya qaçmayıblar. Onlar yeni hücumlara hazırlaşmaq üçün saxta şəxsiyyət vəsiqələri ilə İŞİD-in İstanbul, Ankara və Qaziantepdəki evlərində qalırlar”, - təhlükəsizlik səlahiyyətlisi deyib.

Onun sözlərinə görə, Ankara hücumundan sonra Suriya sərhədində yerləşən Karkamış və Əlibəyli sərhəd bölgələrində təhlükəsizlik tədbirləri yüksək səviyyəyə çıxarılıb: “Sərhədi nəzarət altında saxlayan kameralara baxdıq. Həmin İŞİD üzvlərinin Suriyaya hər hansı keçidini görmədik. Onlarla əlaqədar əlimizdə əhəmiyyətli kəşfiyyat məlumatları var, ancaq hazırda onları paylaşa bilmərik”.

Xatırladaq ki, Ankara terror aktından iki gün sonra “Sputnik” agentliyi İŞİD-in Suriyadan Türkiyəyə 100 nəfərlik “ölüm qrupu” göndərdiyini yazıb. Türkiyəyə keçən bu qrupun böyük əksəriyyətinin Türkiyə vətəndaşı olduğu və təcrübəli İŞİD üzvlərinin olduğu bildirilir.

Dünən isə Diyarbəkrdə İŞİD üzvlərinin olduğu bir evə basqın təşkil edilib. Polislə qarşıdurmada 7 İŞİD üzvü öldürülüb, 12-si isə sağ ələ keçirilib.

Təhlükəsizlik səlahiyyətlisinin haqqında danışdığı 10 İŞİD üzvü, eyni zamanda “ölüm qrupu”nda yer alan terrorçuların 1 noyabr parlament seçkiləri günündə terror aktları təşkil edəcəyi gözlənilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm