Suriya müxalifəti Moskvaya bir şərtlə “hə” dedi
Bizi izləyin

Dünya

Suriya müxalifəti Moskvaya bir şərtlə “hə” dedi

Azad Suriya Ordusu Rusiyadan gələn əməkdaşlıq təklifini qəbul etmək üçün şərtini açıqlayıb.


Publika.az xəbər verir ki, İngiltərənin BBC kanalına danışan Azad Suriya Ordusunun sözçüsü İssam əl-Rəis Rusiyanın onlara aid mövqeləri vurmaqdan imtina etməli olduğunu bildirib.

“Biz Rusiyanın əməkdaşlıq təklifini rədd etmədik. Əgər Rusiya təklifində ciddidirsə, bizə aid mövqeləri və vətəndaşların yaşadığı bölgələri vurmaqdan imtina etməlidir”, - o, deyib.

Qeyd edək ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov ötən şənbə günü ölkə mediasına açıqlamasında aralarında Azad Suriya Ordusunun da olduğu müxalifət qüvvələrini havadan dəstəkləməyə hazır olduğunu qeyd edib. O, ABŞ-dan da Azad Suriya Ordusuna aid mövqelərin koordinatlarını istəyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm