Dünyanın ən gözəl məktəbləri - FOTOLAR
Bizi izləyin

Dünya

Dünyanın ən gözəl məktəbləri - FOTOLAR

Məktəb şagirdlərin təhsil alması, savadlı vətəndaş kimi yetişməsi üçün ən vacib müəssisə olmaqla yanaşı, həm də tərbiyə müəssisəsidir. Lakin dünyada elə məktəblər də var ki, onlar təkcə tədrisin keyfiyyəti ilə yox, daxili və xarici gözəllikləri ilə də seçilirlər. Belə təhsil müəssisələrinin spesifik xüsusiyyətləri, özəllikləri var...

Publika.az dünyanın ən gözəl və qeyri-adi məktəblərinin siyahısını təqdim edir:

“Orestad High School” Danimarkanın paytaxtı Kopenhagendə yerləşir. Bu gözəl məktəb təkcə müasirliyi, gözəlliyi ilə deyil, pulsuz təhsil verməsi ilə də seçilir. Orada təhsil almaq üçün varlı olmaq tələb edilmir.

“Rafael Arozarena High School” İspaniyada - La Orotavada yerləşir. Məktəbin binası çox möhkəmdir. Bu təhsil ocağı fermerlərin övladları üçün inşa edilib. Məktəbdə təhsil alanların əksəriyyəti xristian ailələrindən olan uşaqlardır.

ABŞ-da, Los-Ancelesdə fəaliyyət göstərən “Modern High School” xüsusi yüksək təhsil şəraiti ilə seçilir. Burada şagirdlərin keyfiyyətli təhsil almaları üçün hər cür şərait yaradılıb. Şagirdlərin əksəriyyəti isə Meksika emiqrantlarının övladlarıdır.

Hollandiyanın Haaqa şəhərində fəaliyyət göstərən “Galjoen School” iki köhnə nasos stansiyasının əsasında inşa edilib. Arxitektorlar stansiyaların binalarını timsah formasında birləşdiriblər. Onlar hesab edir ki, bu dizayn uşaqların xoşuna gələcək.

Məktəbdə başlıca olaraq təhlükəsizlik məsələsinə üstünlük verilir. Çünki məktəb kriminal cəhətdən o qədər də yaxşı hesab edilməyən ərazidə yerləşir.

Fransada, Sottevil-le-Ruan ərazisində inşa edilmiş “Marcel Sembat High School” dünyanın ən yaşıl məktəblərindən biridir. Yüksək təhsili ilə seçilən məktəb yaşıllıq ərazi ilə əhatə edilib. Məktəbin təkcə dam örtüyü deyil, içərisi də qazonlaşdırılıb.

Məqsəd hər bir uşağın təmiz hava şəraitində təhsil almasının vacibliyini təbliğ etməkdir. Hətta hava yaxşı olanda dərslər açıq havada - qazonun üstündə keçilir.

Anar Tağıyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm