Əsəd Rusiyadan aldığı “ölüm silahı”nı işə saldı - VİDEO
Bizi izləyin

Dünya

Əsəd Rusiyadan aldığı “ölüm silahı”nı işə saldı - VİDEO

Suriya ordusu rejimin qalası hesab olunan Lazikiye şəhərinin yaxınlığında İŞİD döyüşçülərinə qarşı “Solntsepyok” TOS-M1 ağır reaktiv odsaçan sistemlərindən istifadə edib.

Publika.az xəbər verir ki, bu barədə “RİA-Novosti” agentliyi bildirib. Məlumata görə, Suriya ordusunun sözügedən silahdan istifadə etdiyini göstərən görüntülər ilk dəfə yayılıb.

Bir “Solntsepyok” TOS-1A qurğusu 3-4 km ərazidə bütün canlıları məhv edir. Eyni zamanda partlayan bomba havadakı oksigen və azotu vakuum kimi özünə çəkərək qurbanlarının ağciyərlərini parçalayır. Bütün raketlər cəmi 24 saniyə ərzində buraxılır.

Partlayışın mərkəzində yaranan təxminən 1000 dərəcəlik istilik isə ərazidəki hər şeyi yandırır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm