Putinin 9 maddəlik planı - Əsəd xilas edilir
Bizi izləyin

Dünya

Putinin 9 maddəlik planı - Əsəd xilas edilir

Suriyada “Sülhün memarı” statusuna yiyələnmək istəyən Rusiyanın həll planı ortaya çıxıb.

Publika.az Londonda nəşr olunan "Asharq Al-Awsat" nəşrinə istinadən xəbər verir ki, planda Suriya lideri Bəşər Əsədin “müharibə cinayətlərindən mühakimə olunma qorxusu” qabarıq şəkildə özünü göstərir.

Plana görə, keçid müddətindən sonra Bəşər Əsəd yeni seçkilərdə namizəd olmayacaq və namizəd olmayacağı barədə zəmanət şəxsən Rusiya prezidenti Vladimir Putin tərəfindən veriləcək. Amnistiya elan ediləcək və müxalifət Əsədə qarşı müharibə cinayətlərində iştiraka görə iddia qaldırmayacaq.

“Asharg Al-Awsat”ın xəbərinə görə, Rusiyanın Suriyada siyasi həll planının detalları aşağıdakılardır:

1.Suriya müxalifəti və Əsədə bağlı rejim ordusu arasında bütün döyüşlər dayandırılacaq.

2.Suriyadakı bütün müxalif qruplar problemin həllində iştiraka dəvət ediləcək.

3.Problemin siyasi həllini rədd edənlər isə yaradılacaq “Hədəflər siyahısı”na daxil ediləcək və onlara qarşı silahlı mübarizə aparılacaq.

4. Suriyadakı vətəndaş müharibəsində iştirak edən bütün qruplara xarici ölkələrin silah yardımları dayandırılacaq.

5. Müxalifət və Azad Suriya Ordusunun daxil olduğu Dialoq Konfransı qurulacaq. Konfransda bütün məhbusların azad edilməsi, parlament və prezident seçkilərinin planlaşdırılması, Suriyada birlik hökumətinin qurulması müzakirə olunacaq.

6. Rusiya Suriya daxilində və xaricindəki bütün müxalifət qrupların üzvləri və döyüşçülər üçün amnistiya elan edilməsinə zəmanət verəcək.

7. Müxalifət müharibə cinayətlərində iştiraka görə Əsədə qarşı iddia qaldırmayacaq.

8. Suriyada rejim və müxalif güclər ortaq Milli Müdafiə Güclərinin yaradılması barədə razılaşacaqlar.

9. Azad Suriya Ordusu və digər bütün müxalif qruplar Suriya ordusu və təhlükəsizlik güclərinə qatılacaq.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm