
Türkiyənin Antalya şəhərində təhlükəsizlik gücləri İŞİD terror təşkilatına qarşı əməliyyat keçirib.
Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, əməliyyatın gedişatında ikisi Rusiya vətəndaşı olmaqla 3 nəfər saxlanılıb.
Rusiya vətəndaşlarının ər-arvad olduğu bildirilir. Digəri isə Türkiyə vətəndaşıdır.