İsrail vətəndaşı İŞİD-in tərəfinə keçdi
Bizi izləyin

Dünya

İsrail vətəndaşı İŞİD-in tərəfinə keçdi

Ərəb mənşəli 23 yaşlı İsrail vətəndaşı Nida Saleh paraplanla İŞİD-in tərkibindəki “Şuxada əl-Yarmuk” qruplaşmasının nəzarətində olan Suriya ərazisinə keçib.

Publika.az “The Telegraph” nəşrinə istinadən xəbər verir ki, o, İsrail ordusunun nəzarəti altında olan Colan təpələrindən uçub.

İsrail ordusu əvvəlcə vətəndaşın təxliyyəsi üçün genişmiqyaslı əməliyyat təşkil edib. Amma daha sonra məlum olub ki, Nida Saleh sərhədi könüllü şəkildə keçib.

İsrailin baş naziri Benyamin Netanyahu baş vermiş hadisəyə reaksiya verib və Salehi vətəndaşlıqdan məhrum edəcəyinə söz verib. “Bizim bu cür hadisələrdə necə hərəkət edəcəyimiz məlumdur. Düşmənə qoşularaq İsrailə qarşı vuruşanlar İsrailin vətəndaşı olmayacaq”, - baş nazir deyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm