Serbiya seçiciləri Ərdoğana səs verdi
Bizi izləyin

Dünya

Serbiya seçiciləri Ərdoğana səs verdi

Serbiyada seçki qutusundan Ərdoğana da “səs” çıxdı

Serbiyada 16 Mart tarixində keçirilən növbədənkənar parlament seçkilərinin ilkin nəticələri açıqlanıb. Publika.Az – ın xarici mətbuata istinadən verdiyi məlumata görə, keçmiş baş nazir köməkçisi Aleksandr Vuçiçin rəhbəri olduğu Serbiya İnkişaf Partiyası 48,8 faiz səslə qələbə qazanıb.

Rəsmi olmayan nəticələrə görə, Serbiya İnkişaf Partiyası yeni hökuməti təkbaşına qura biləcək. A.Vuçiç Türkiyə ilə yaxşı əlaqələr qurmaq istədiyini açıqlayıb.

Seçkilərdə diqqət çəkən məqam isə seçki qutusundan Türkiyə baş naziri Rəcəb Təyyib Ərdoğan üçün səs çıxmasıdır. Bu hadisə müsəlman əhalinin sıx yaşadığı Sancaq bölgəsində baş verib. 19 partiyanın qələbə uğrunda mübarizə apardığı seçkilərdə bülletenlərin birinin üzərində qələmlə “20. Rəcəb Təyyib Ərdoğan” yazıldığı məlum olub.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm