İsrailə növbəti zərbə İngiltərədən gəldi
Bizi izləyin

Dünya

İsrailə növbəti zərbə İngiltərədən gəldi

Avropa ölkələrinin bir-birinin ardınca Fələstinin müstəqilliyini tanıdığı bir vaxtda İsrailə növbəti zərbə İngiltərədən gəlib.

Publika.az “Guardian” nəşrinə istinadən xəbər verir ki, İngiltərədəki universitetlərdə çalışan 343 alimin imza atdığı müraciətdə ölkədəki həmkarlarına İsrailin boykot edilməsi çağırışı yer alıb.

Müraciətdə İsrailin qeyri-qanuni işğalları, insan haqlarını pozması və işğal zonalarındakı qeyri-qanuni məskunlaşmalara diqqət çəkilib.

Qeyd edək ki, Avropa İttifaqının üzvü olan dövlətlərdən Malta, İsveç və Kipr Fələstini dövlət kimi tanıyıb. Ötən ilin oktyabrında İngiltərə parlamentinin 274 nəfəri Fələstinin müstəqilliyinə səs verib. Böyük səs çoxluğu ilə dəstəklənən təklif hökumətin rəsmi mövqeyinə təsir etmə səlahiyyətinə malik olmasa da, İngiltərənin gələcək siyasəti üçün ciddi mesaj xarakteri daşıyır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm