• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

ABŞ vətəndaşı Ukraynanın baş naziri olur

  • Dünya
  • 28 Oktyabr 2015 12:54
  • 520 Baxış
ABŞ vətəndaşı Ukraynanın baş naziri olur

Ukraynanın baş naziri Arseniy Yasenyuk yaxın vaxtlarda postundan məhrum ola bilər.

Publika.az-ın məlumatına görə, “Kommersant” nəşri prezident Pyotr Poroşenkonun administrasiyasındakı mənbələrə istinadən xəbər verir ki, Ukrayna Maliyyə Nazirliyinin başçısı, ABŞ-ın keçmiş vətəndaşı Natalya Yaresko baş nazir postuna əsas namizəd hesab edilir.

Dövlət başçısının administrasiyasındakı mənbələr hesab edir ki, baş nazirin istefası çoxdan yetişib. Nəşrin məlumatına görə, Yasenyukun azad eduilməsi qərarı yaxın günlərdə Koalisiya Şurasının (parlament əksəriyyətini təşkil edən dörd fraksiyanın nümayəndələri yer alır) iclaslarından birində qəbul edilə bilər.

Amma Ukrayna hökumətindəki mənbə Yasenyukun siyasi taleyi haqqında proqnoz vermək üçün tələsməməyə çağırıb: “Birinci dəfə deyil ki, Yasenyukun istefası barədə danışırlar. Tələsməmək lazımdır”.

Yasenyukun lideri olduğu Xalq Cəbhəsi Partiyasından olan deputat isə xatırladıb ki, baş naziri istefaya getmək fikrindən məhz prezident daşındırıb.

Yareskonun baş nazir vəzifəsinə namizədliyinə gəlincə, mənbələrin məlumatına görə, maliyyə naziri bir neçə göstərici üzrə şanslı görünür. Birincisi, o, maliyyə naziri vəzifəsində öz bacarığını nümayiş etdirib. İkincisi, onun təyinatına Avropa Birliyi və ABŞ etiraz etməyəcək.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR