İŞİD-dən Əsədə ağır zərbə: Hələblə əlaqə kəsildi
Bizi izləyin

Dünya

İŞİD-dən Əsədə ağır zərbə: Hələblə əlaqə kəsildi

İŞİD terror təşkilatı Dəməşq rejiminə ağır zərbə vurub.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, Hələbin cənub-şərqində yerləşən və rejim qüvvələrinin nəzarətindəki Safira mahalına daxil olan İŞİD Suriya ordusunun Hələbin mərkəzi ilə əlaqəsini kəsib.

Yerli mənbələrin verdiyi məlumata görə, rejim gücləri ilə şiddətli döyüşlərdən sonra mahalın yarısını ələ keçirən İŞİD onlarla Suriya əsgərini girov götürüb.

Hələb-Hama yolu üzərində yerləşən Safira mahalının rejim üçün strateji əhəmiyyət daşıdığı bildirilir. Xüms-Hələb quru yolu müxalifət güclərinin əlində olduğu üçün Suriya əsgərləri Hələbə Hama üzərindən gedirdi.

Hələb-Hama quru yolu son iki il ərzində bir neçə dəfə müxalifət və rejim gücləri arasında əldən-ələ keçib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm