Rusiya Suriyada kiber-döyüş silahları toplayır
Bizi izləyin

Dünya

Rusiya Suriyada kiber-döyüş silahları toplayır

Suriyada sentyabrın 30-dan hava əməliyyatları təşkil edən Rusiya bu ölkəyə ən son texnologiya məhsulları olan kiber-döyüş silahları toplayır.

Publika.az xəbər verir ki, bu barədə İsrail kəşfiyyatına yaxınlığı ilə tanınan “DebkaFile” saytı yazıb.

İddiaya görə, Bəşər Əsəd rejiminə dəstək üçün yüzlərlə hərbi texnikasını Suriyaya göndərən Rusiya kəşfiyyat şəbəkəsinin qurulması üçün kiber-döyüş silahlarını Lazikiyedə yerləşdirib. “DebkaFile”nin xəbərinə görə, ruslar sentyabr ayının son həftəsində Lazikiyeyə 2 ədəd IL-20 tipli kəşfiyyat təyyarəsi göndərib. Dörd mühərriki sayəsində 12 saat fasiləsiz havada qala bilən, video kameralar və antenalarla təchiz edilən IL-20-lərin topladıqları məlumatlar Lazikiye və Moskvadakı qərargahlara ötürülür.

IL-20-lər bu günlərdə Rusiyaya ərazisində hava əməliyyatları keçirməyə icazə verən İraqın Takaddum hava bazasında da görünüb.

Eyni xəbərə görə, Rusiyanın “Borisoglebsk” adlı dinləmə və rabitə əlaqəsini kəsən iki silahını da Suriyaya göndərib. İlk olaraq Ukraynada istifadə edilən “Borisoglebsk”lər dünyanın ən inkişaf etmiş kəşfiyyat silahlarından biri kimi qiymətləndirilir. Lazikiye yaxınlığında yerləşdirilən bu silahlar bölgədəki bütün hərbi və mülki danışıqları dinləyə bilir.

Ekspertlərin fikrincə, ruslar sözügedən silahlar sayəsində həm müxalifət, həm İŞİD, həm də ABŞ-ın liderlik etdiyi koalisiyanın danışıqlarını dinləmək iqtidarındadır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm