ABŞ-ın 55 milyard dollarlıq yeni bomba maşını - FOTOLAR
Bizi izləyin

Dünya

ABŞ-ın 55 milyard dollarlıq yeni bomba maşını - FOTOLAR

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) son 10 ilin ən böyük Hərbi Hava Qüvvələrinə aid olan uzaqmənzilli bombardmançı təyyarə layihəsini tenderdə qazanan şirkətin adını açıqlayıb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, dünyanın altıncı ən böyük müdafiə şirkəti olan “Northrop Grumman” 55 milyard dollarlıq tenderin qalibi olub.

Radarlara tutulmayan “B-2” bombardmançı təyyarələrin istehsalçısı olan şirkət ABŞ Hərbi Hava Qüvvələrinin yeni nəsil uzaqmənzilli bombardmançı təyyarələrini istehsal edəcək. Tenderdə “Boeing” və “Lockheed Martın” kimi şirkətlərə qalib gələn “Northrop Grumman”ın istehsal edəcəyi təyyarə uzun illərdir istismarda olan “B-52” və “B-1B”-ləri əvəzləyəcək.

Ümumilikdə 80-100 ədəd istehsal olunacaq təyyarələrin 2020-ci illərin ortalarında havaya qaldırılacağı gözlənilir. Eyni zamanda pilotsuz uça biləcək yeni nəsil bombardmançı təyyarəsi “B3”-ün bir ədədi 560 milyon dollara başa gələcək. ABŞ torpaqlarından qalxaraq dünyanın istənilən nöqtəsində əməliyyat həyata keçirə biləcək “B3” bombardmançılarından başqa, kəşfiyyat və elektronik müharibələrində də istifadə edilməsi nəzərdə tutulur.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm