Dünya
Terrorçu özünü partlatdı, 15 nəfər həlak oldu
Əfqanıstanın Mayman şəhərində intiharçı terrorçunun özünü partlatması nəticəsində 15 nəfər həlak olub, 28 nəfər xəsarət alıb. Bu barədə "Reuters" xəbər yayıb.
Yaraqlı özünü şimal əyalətinin inzibati mərkəzi olan şəhər bazarına
girişin yaxınlığında partladıb.
Əyalətin qubernatoru Məhəmmədulla Pataş agentliyə bildirib: "Bu gün
bazar günüdür və terrorçu özünü partladanda burada çoxlu adam
olub". Onun sözlərinə görə, partlayışın konkret kimə qarşı
törədildiyi hələ məlum deyil.
Bu arada BMT-nin Əfqanıstandakı missiyasının (MOONSA) məlumatına
görə, bu ilin yanvar-fevral aylarında Əfqanıstanda 359 mülki şəxs
həlak olub, 647 nəfər yaralanıb. Bu, ötən ilin analoji dövrünün
göstəricisindən 19 faiz çoxdur.
Ötən bazar ertəsi BMT TŞ MOONSA-nın mandatını daha bir il uzadıb. Əfqan hökumətinin xahişi ilə missiya Əfqanıstanda 2014-cü il aprel beşinə nəzərdə tutulmuş prezident, 2015-ci il parlament seçkilərinin təşkilində yerli hakimiyyətə kömək edəcək.
-
Magazin100:45
Könül Kərimova estetik əməliyyat etdirdi - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: qarşıdurmalar ola bilər
-
Sosial25 Aprel 23:48
Bakıda ayıq sürücü müştərinin "Land Rover”indən oğurluq etdi
-
Səhiyyə25 Aprel 23:12
Onkoloqdan XƏBƏRDARLIQ: bu xəstəliklər xərçəngə çevrilə bilər
-
Magazin125 Aprel 22:48
Müşfiq Musanın məşhur mahnısını oxudu - VİDEO
-
Magazin125 Aprel 22:00
Firuzə İbadova həmin xəbəri TƏKZİB ETDİ: "Onun ruhu şad olsun deyə..."
-
Sosial25 Aprel 21:24
Bakıda qızı açıq-saçıq geyiminə görə mağazadan qovdular - VİDEO
-
İnanc25 Aprel 20:24
Ağdam Cümə məscidində ilk Azan - VİDEO