Dənizin ortasında uşaq dünyaya gətirdi - FOTO
Bizi izləyin

Dünya

Dənizin ortasında uşaq dünyaya gətirdi - FOTO

Türkiyənin Balıkəsir bölgəsinə bağlı Avşa adasında bir qadın uşaq dünyaya gətirib.

Publika.az
Türkiyə mətbuatına isitnadən xəbər verir ki, 4 uşaq anası Minə Təməlin son 2 uşağı dənizdə dünyaya gəlib. Qadının yaşadığı yerdə doğuşu həyata keçirə biləcək həkim olmadığına görə dəniz təcili yardımı çağırılıb. Hava şəraiti uyğun olmadığı üçün qadını təcili yardım əvəzinə Sahil Təhlükəsizliyinə bağlı KİYE-3 qayığı ilə tibb işcilərinin nəzarəti altında xəstəxanaya aparmağa çalışıblar. Sancısı artan qadın elə qayıqda qız uşağı dünyaya gətirib. Dəniz adı verilən körpə qız və qadının səhhətinin yaxşı olduğu bildirilib.

Qeyd edək ki, Minə Təməl bundan əvvəlki övladını da dənizdə dünyaya gətirib.

Rübabə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm