İstanbulda Əsədin agenti tutuldu
Bizi izləyin

Dünya

İstanbulda Əsədin agenti tutuldu

İstanbulun Zeytinburnu mahalında Suriya Kəşfiyyat Xidməti “Əl Muhaberat”ın agenti olduğu iddia edilən Moular K. tutulub.

Publika.az “Sabah” nəşrinə istinadən xəbər verir ki, bu, son 9 gündə tutulan üçüncü xarici agentdir.

Saxlanılan agentin üzərindən küçə və prospektlərin, dükan və iş yerlərinin adları olan xəritələr götürülüb. Xəritələr əllə hazırlanmışdı.

İstanbul Terrorla Mübarizə Şöbəsində ifadəsi alınan Moular K.-nın 3 ay əvvəl Suriyadan Türkiyəyə qaçqın kimi daxil olduğu və Zeytinburnunda suriyalı qaçqınlarla qaldığı müəyyənləşdirilib. Türkiyədə özünü rejim əleyhdarı kimi tanıdan agent əldə etdiyi bütün məlumatları “Əl Muhaberat”a ötürüb. “Əl Muhaberat”ın agenti olduğu dəqiqləşən Moular K. Milli İstihbarat Təşkilatının (MİT) Mərmərə nümayəndəliyinə təslim edilib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm