Fətullah Gülənin 25 milyardlıq kostyumu
Bizi izləyin

Dünya

Fətullah Gülənin 25 milyardlıq kostyumu

Fətullah Gülənin 25 milyardlıq kostyumu


Uzun zaman susduqdan sonra “Zaman” qəzetinə danışan Fətullah Gülən “17 dekabr” əməliyyatı, “Ərgenokon” əməliyyatında həbs olunanların azadlığıa çıxmasını şərh etdi. Ardınca onun haqqında deyilən “milyardlarla dollarlıq sərvət” iddialarını cavablandıran Gülənin kostyum söhbəti Türkiyə gündəmini zəbt etdi.Foto çəkdirmək üçün gətirilən kostyuma diqqət çəkən Gülən bildirib ki, bu onun kostyumu deyil.

“Mənim tək bir kostyumum var. Türkiyədən Pensilvaniyaya gələndən bəri onu geyinirəm”-deyə F. Gülən bildirdi.
Publika.Az xəbər verir ki, türk mediası bununla bağlı araşdırma apararaq iddia edib ki, F. Gülən rəsmi olaraq bilinən 25 milyard dollarlıq sərvətə malikdir.

-Türkiyədə yüzlərlə hazırlıq kursu tələbə yataqxanası, özəl məktəb, İşıq Evi.
- 110 universitet
- bir bank
- bir sığorta şirkəti
- Dünyanın 160 ölkəsində özəl məktəblər
- Türkiyədə 3 yayım qrupu
- 17 iş adamı dərnəyi
- 200 vəqf.

Bunların F.Gülənin məlum olan sərvətidir. Belə olan halda onun tək bir kostyuma sahib olduğunu iddia etməsi nə dərəcədə doğrudur? Bu sualla çıxış edən türk mediası Türkiyənin məşhur moda mütəxəssislərinə Gülənin geydiyi kostyumun markası haqqında sual verilib. Lakin Dilek Hanif, Ferruh Karakaslı, Cengiz Abazoğlu və Atıl Kutoğlu Türkiyə gündəminə damğasını vuran F. Gülənin kostyumunu şərh etmək istəməyib. Onlar “bu məsələni şərh etməyimiz doğru olmaz. Başımıza kim bilir nələr gələr, ən yaxşısı bu sualı verməmiş olun” deyə bildiriblər.

Türkiyədə ortalığı qarışdıran “paralel dövlət” quruluşu Almaniyada da peyda olub. Almaniyanın “Stuttgarter Zeitung” qəzeti yazır ki, Baden Vürttemberq əyaləti yaza qədər gizli xidmətin “paralel dövlət”in fəaliyyətini yenidən dəyərləndirmək qərarını verib. Gülən camaatı ilə bağlı məsələ bundan əvvəl də Almaniya parlamentində müzakirə edildiyi deyilir.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm