Türkiyədə dəhşət: İŞİD iki jurnalistin başını kəsdi – SON DƏQİQƏ
Bizi izləyin

Dünya

Türkiyədə dəhşət: İŞİD iki jurnalistin başını kəsdi – SON DƏQİQƏ

Türkiyənin Şanlıurfa vilayətində iki suriyalı jurnalist öldürülüb.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, 28-30 yaşlarındakı İbrahim Abdülkadir və Firas Hammadi yaxınları tərəfindən evlərində başları kəsilmiş halda tapılıb.

Hadisənin arxasında İŞİD terror təşkilatının olduğu təxmin edilir.

“İŞİD-ə qarşı olan iki suriyalı jurnalist Urfada başları kəsilərək öldürülüb. İŞİD Şanlıurfa şəhərinin ortasında suriyalı jurnalistlər İbrahim Abdülkadir və Firas Hammadini öldürüb”, - “Sputnik” agentliyinin Türkiyə müxbiri “Twitter” hesabında yazıb.

Şübhəlilərin tutulması üçün axtarışlara başlayan polis 7 suriyalını saxlayıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm