• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Moskvadan şok təklif: PYD müzakirələrə qatılsın

  • Dünya
  • 30 Oktyabr 2015 16:37
  • 338 Baxış
Moskvadan şok təklif: PYD müzakirələrə qatılsın

Rusiya Suriya məsələsinin həlli üzrə Vyanada keçirilən müzakirələrə kürd nümayəndələrin də qatılmasını istəyir.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin köməkçisi Mixail Boqdanov bildirib.

Boqdanov Rusiyanın Suriya müxalifətinin 38 qrupunun yer aldığı bir siyahını hazırladığını və bu qruplarla danışmağa hazır olduqlarını deyib. Rusiyalı diplomat Səudiyyə Ərəbistanının da öz siyahısını Vyana danışıqlarının iştirakçılarına təqdim etdiyini söyləyib.

“Bu müzakirələrə mütləq kürd nümayəndələri qatılmalıdır. Müxalif Azad Suriya Ordusunun da bu müzakirələrdə iştirak etməsinə qarşı deyilik. Baxmayaraq ki, Azad Suriya Ordusunun rəhbərliyində kimlərin olduğunu bilmirik. Kim onları təmsil edəcək, hazırda məlumatımız yoxdur”, - Boqdanov deyib.

Qeyd edək ki, Suriya kürdlərini PYD və onun silahlı qanadı YPG təmsil edir. Türkiyə isə PYD-ni PKK terror təşkilatının Suriya qolu hesab edir və PYD-yə legitimlik qazandırmaq istəyənlərə dəfələrlə sərt reaksiya verib.

Bu gün başlayan Vyana toplantısında ABŞ, Rusiya, Türkiyə və Səudiyyə Ərəbistanı daxil olmaqla 17 ölkə iştirak edir.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR