Almaniyada iranlı casus tutuldu
Bizi izləyin

Dünya

Almaniyada iranlı casus tutuldu

Almaniyada yaşayan iranlılar haqqında məlumat toplayan casus ələ keçirilib.

Axar.az xəbər verir ki, Almaniya Federal Məhkəməsi 32 yaşlı Maysam adlı şəxs barəsində həbs qərarı çıxarıb.

Xalqın Mücahidləri Təşkilatı adından kəşfiyyat məlumatları topladığı iddia edilən iranlı casusun həbsi barədə İran Kəşfiyyat Nazirliyinə xəbər verildiyi bildirilib.

İran Qaçqınları Dərnəyinin sədri Həmid Novzari məsələ ilə bağlı açıqlamasında belə bir durumun onları qorxutduğunu qeyd edib: "Paytaxtda uzun illərdir ki, iranlı agentlər gəzişir. Bizim fəaliyyətlərimizi də müşahidə edirlər".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm