Təyyarə qəzasında ölən 100 nəfərin cəsədi tapıldı
Bizi izləyin

Dünya

Təyyarə qəzasında ölən 100 nəfərin cəsədi tapıldı

Misirdə Rusiyaya məxsus “Airbus-321” laynerinin qəzaya uğradığı ərazidən təxminən 100 nəfərin meyiti tapılıb.

Publika.az Danimarka nəşri “De Telegraaf”a istinadən xəbər verir ki, Misirdə qəzaya uğrayan Rusiyaya məxsus təyyarədə 4 nəfər sağ qalıb.

Həmçinin hadisə yerindən təyyarənin qara qutusu da tapılıb.

Qeyd edək ki, qəza nəticəsində təyyarə iki yerə parçalanıb. Ölənlərin sayı barədə dəqiq məlumat verilmir. Təyyarədə olan 214 sərnişindən 17-si yaşı 2-17 arası olan uşaqlardır.

Misirin baş naziri Şerif İsmayıl da əraziyə baş çəkib. Hadisə yerinə 45 təcili yardım maşının göndərildiyi xəbər verilir.

***

Misirdə qəzaya uğrayan təyyarədə həlak olanların şəxsiyyəti araşdırılır.

Publika.az xəbər verir ki, bu barədə “LifeNews” məlumat yayıb.

Məlumata görə, təyyarənin bortunda 7 nəfərdən ibarət ekipaj üzvü, 224 nəfər sərnişin olub ki, onlardan da 17-si uşaqdır.

Rusiya Fövqəladə Hallar nazirliyi qəza ilə bağlı qaynar xətt yaradıb.

Rusiyanın “Life News” agentliyi Misirdə qəzaya uğramış “Koqolımavia” şirkətinə məxsus təyyarənin göyərtəsində olan sərnişinlərin siyahısını əldə edib. APA-nın məlumatına görə, siyahıda 210 nəfərin adı yer alıb. Onlar arasında azərbaycanlı soyadı yoxdur.

***

Misirdə radarlardan itərək qəzaya uğrayan təyyarənin qalıqları tapılıb.

Publika.az “RİA Novosti”-yə istinadən xəbər verir ki, qalıqlar Sinay yarımadasının mərkəzində tapılıb.

Məlumata görə, Misir təhlükəsizlik qüvvələri hadisənin baş verdiyi yerin Əl-Ariş şəhəri olduğunu müəyyən edib. Əraziyə 20 avtomobildən ibarət təcili yardım briqadası cəlb olunub və qəza nəticəsində ölənlərin cəsədlərinin evakuasiyası həyata keçirilir.

***

Misirin Sinay yarımadasının mərkəzi hissəsində sərnişin təyyarəsi qəzaya uğrayıb.

Publika.az xəbər verir ki, "Sky News Arabia" telekanalının məlumatına görə, söhbət içərisində 200 sərnişinin olduğu Rusiyaya məxsus təyyarədən gedir. Sərnişinlərin əksəriyyəti Rusiya vətəndaşı olub. Misir hökuməti laynerin qalıqlarının axtarışlarına başlayıb.

“RİA Novosti”yə qəza ilə bağlı məlumat verən mənbə bildirib ki, bu, “Koqalmavia” aviaşirkətinə məxsus təyyarə olub və Şarm-əş-Şeyxdən Sankt-Peterburqa uçub. Havaya qalxdıqdan 23 dəqiqə sonra təyyarə Larnaki rayonunda radarlardan itib. Təyyarənin bortunda 217 sərnişin və 7 ekipaj üzvü olub.

“Reuters”in məlumatına görə, layner 212 sərnişin daşıyıb və onların əksəriyyəti rus turistlər olub. Misir hüquq-mühafizə orqanlarının məlumatına görə, təyyarənin hara düşdüyü məlum deyil.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm