Təyyarə qəzasında İŞİD izi - İDDİA
Bizi izləyin

Dünya

Təyyarə qəzasında İŞİD izi - İDDİA

Misir hökuməti Sinay yarımadasında qəzaya düşən Rusiyaya məxsus təyyarənin vurulma ehtimalını rədd edib.

Publika.az xəbər verir ki, bu barədə “Reuters” Misir hüquq-mühafizə orqanlarına istinadən məlumat yayıb.

Hadisənin baş verdiyi ərazi “İslam dövləti” terror qruplaşmasına qarşı Misir silahlı qüvvələrinin aktiv antiterror əməliyyatları aparıldığı ərazidir. “İslam dövləti” bir sıra ölkələrdə, o cümlədən Rusiyada terrorçu qruplaşma kimi tanınır. Sentyabrın 30-dan etibarən Suriyadakı radikal islamçılara qarşı Rusiya hərbi qüvvələri əməliyyatlara başlayıblar. Buna görə də bəzi mənbələr təyyarənin vurulma ehtimalını gündəmə gətirirlər.

Son məlumata görə, avialaynerin içərisində 217 sərnişin və 7 ekipaj üzvü olub.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm