Nazirin oğlu ABŞ-da qumar borcuna görə həbs olunacaq
Bizi izləyin

Dünya

Nazirin oğlu ABŞ-da qumar borcuna görə həbs olunacaq

Fransanın xarici işlər naziri Loran Fabiusun oğlu Tomas Loran ABŞ-a ayaq basan kimi qumar borcuna görə həbs olunacaq.

Publika.a xarici mediaya istinadən xəbər verir ki, bir şirkətdə maliyyə müşaviri olan Tomas Loran 15 may 2012-ci il tarixində Las Veqasda qumarda uduzduğu 3,17 milyon avro borcunu ödəyən zaman ödəmə çekində saxtakarlıq ortaya çıxıb.

Amerikada 2013-ci ildə saxtakarlıq ittihamı ilə Tomas Loran barəsində həbs qərarı verilib. Oktyabrın 29-da Vaşinqtondan bildirilib ki, Tomas Amerikaya ayaq basan kimi həbs olunacaq.

Ötən illər ərzində milyonlarla dolları qumarxanalarda itirən Tomas Loran bir əmlak şirkəti ilə birlikdə pul gizlətdiyi üçün 2013-ci ildə istintaq açılmışdı. Fransızlar nazir oğlunun bu qədər pulu haradan qazandığı və borcunu necə ödəyəcəyini müzakirə edirlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm