İŞİD və “Əl-Nüsra”nın bu qərarı tarazlığı dəyişdirəcək
Bizi izləyin

Dünya

İŞİD və “Əl-Nüsra”nın bu qərarı tarazlığı dəyişdirəcək

İŞİD və “Əl-Nüsra” Cəbhəsi liderləri birləşmək barədə qərar qəbul ediblər.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya Silahlı Qüvvələri Baş qərargahın Baş Əməliyyat İdarəsinin rəisi general-polkovnik Andrey Kartapolov bildirib.

Rusiyalı general-polkovnik terrorçuların yeni tərəfdarlar cəlb etməyə çalışdığını və bunun Suriyanın Hələb vilayətində daha açıq şəkildə özünü göstərdiyini deyib. “Terrorçular Hələbə İraq və digər qonşu ölkələrdən tərəfdarlar toplamağa çalışır. Ancaq həmin bölgələrdəki tərəfdarların peşəkarlıq səviyyəsi və psoxoloji vəziyyəti çox aşağıdır”, - o, deyib.

İŞİD-də fərarilik hallarının artdığını söyləyən Andrey Kartapolov təşkilatın qaçaraq İordaniyaya keçmək istəyən 17 üzvünü edam etdiyini bildirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm