HDP-nin seçki avtomobilində PKK lideri tutuldu
Bizi izləyin

Dünya

HDP-nin seçki avtomobilində PKK lideri tutuldu

PKK terror təşkilatının Hakkari vilayətinin Balkayalar mahalı üzrə məsul nümayəndəsi “Arin” kod adlı Gülistan S. Kahramanmaraş-Qaziantep yolunda seçki avtomobilində tutulub.

Publika.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, polis avtomobilin Xalqların Demokratik Partiyasına (HDP) aid olduğunu müəyyənləşdirib.

Tibbi müayinədən keçirilən PKK üzvü ifadəsinin alınması üçün polis məntəqəsinə aparılıb. İlkin dindirmədən sonra onun barəsində həbs qərarı verilib.

Təhlükəsizlik mənbələrinin məlumatına görə, təxminən bir həftə əvvəl Kahramanmaraşa gələn Gülistan S. HDP-dən başqa partiyalara səs verən vətəndaşları təhdid edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm