İŞİD Suriya xristianlarına hücum etdi
Bizi izləyin

Dünya

İŞİD Suriya xristianlarına hücum etdi

İŞİD terror təşkilatı Suriyanın Xüms vilayətinin xristianlar yaşayan Mehin bölgəsini ələ keçirib. Publika.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, bu barədə yerlilər xəbər yayıblar.

Məlumata görə, İŞİD terrorçuları bomba ilə yüklənmiş 2 avtomobillə Mehin bölgəsinə qəfil hücum ediblər. Hücum nəticəsində Mehin bölgəsinin girişində qurulmuş barrikadalar məhv edilib və administrativ binalar ələ keçirilib.

Bölgəni tərk etmiş insanlar bildirir ki, hücum zamanı İŞİD terrorçuları ilə Mehin sakinləri arasında şiddətli döyüş olub. Artıq Mehin bölgəsinin sakinləri ərazini tərk etməyə başlayıblar.

İŞİD Xümsdə yerləşən Cezel neft sahəsini və onun ətrafındakı 2 strateji təpəni ələ keçirib.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm