PKK-ya qarşı 5 vilayətdə əməliyyat keçirildi
Bizi izləyin

Dünya

PKK-ya qarşı 5 vilayətdə əməliyyat keçirildi

Türkiyənin Şırnak, Şanlıurfa, Bitlis, Tunceli və Hakkari vilayətlərində PKK terror təşkilatına qarşı hava əməliyyatları keçirilib.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, Baş qərargah Hakkaridə PKK-ya aid sığınacaq və silah anbarının məhv edildiyini açıqlayıb.

Bitlisdə hər biri 100 kiloqram olmaqla 1 ton partlayıcı tapılaraq məhv edilib. Şanlıurfa vilayətinin Suruç mahalında isə Suriyadan Türkiyəyə qeyri-qanuni yollarla keçməyə çalışan 2 PKK-çı saxlanılıb.

Şırnakda keçirilən hava əməliyyatında PKK-ya aid sığınacaqlar, silah-sursat anbarı və hərbi ləvazimatlar məhv edilib.

Tuncelidə keçirilən əməliyyatda PKK-nın bir üzvü ölü ələ keçirilib. Vilayətdə axtarışlar zamanı xeyli sayda silah-sursat müsadirə olunub.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm