• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Yunanıstan sahillərində daha bir gəmi faciəsi: 11 ölü - FOTO

  • Dünya
  • 1 Noyabr 2015 18:57
  • 503 Baxış
Yunanıstan sahillərində daha bir gəmi faciəsi: 11 ölü - FOTO

Egey dənizinin Yunanıstan sərhədlərində içərisində qaçqınların olduğu qayıq çevrilib.

Publika.az Associated Pressə istinadən xəbər verir ki, Samos adasının yaxınlığında baş verən bədbəxt hadisə zamanı azı 11 nəfər dünyasını dəyişib.

Qayıqda Türkiyədən Yunanıstana gələn 30 Suriya və İraq qaçqının olduğu bildirilir. Onlardan 15-i Yunanıstan xilasediciləri tərəfindən xilas olunub.

Sahil mühafizə əməkdaşlarının sözlərinə görə, ölən qadın və uşaqların cəsədləri adanın qayalıq sahilində 20 metrədək dərinlikdən tapılıb.

Qayığın çevrilməsinə səbəb kimi ərazidə sürəti saatda 50 km-ə çatan güclü küləyin əsməsi göstərilir.

Gülnar Əliyeva

Xəbər lenti

DAHA ÇOX XƏBƏR