“Bu, psixoloji hücumdur"- Rusiya ABŞ-ın sanksiyalarını qiymətləndirir
Bizi izləyin

Dünya

“Bu, psixoloji hücumdur"- Rusiya ABŞ-ın sanksiyalarını qiymətləndirir

“Bu, psixoloji hücumdur"- Rusiya ABŞ-ın sanksiyalarını qiymətləndirir

ABŞ Krımda keçirilən referendumla əlaqədar Rusiyanın bir sıra yüksək vəzifəli şəxsləri və deputatları barəsində sanksiyalar tətbiq etdi. “Qara siyahı”ya Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko, baş nazirin müavini Dmitri Roqozin, prezident Putinin köməkçisi Vladislav Surkov, Putinin müşaviri Sergey Qlazyev, Dövlət Dumasının deputatları Leonid Slutski, Yelena Mizulina və Federasiya Şurasının üzvü Andrey Klişasın adı daxil edilib. Bu şəxslərin ABŞ-dakı aktivləri və əmlakı blok ediləcək. Onlar sülh, sabitlik, təhlükəsizlik və Ukraynanın ərazi bütövlüyünə təhlükə törətməkdə ittiham olunur.

Avropa Birliyi ölkələrinin xarici işlər nazirləri isə Rusiya və Ukraynanın 21 vətəndaşından ibarət siyahını razılaşdırıblar. Bu şəxslərin AB məkanına girişinə qadağa qoyulur və onların Avropadakı aktivləri dondurulur. Onlardan səkkizi Krım siyasətçisi, qalanları Rusiya Dövlət Dumasının deputatları, Federasiya Şurasının üzvləri, həmçinin üçü hərbcidir.

ABŞ və Avropanın Rusiya rəsmilərinə qarşı tətbiq etdiyi bu sanksiyaların hansı təsiri olacaq?

Publika.Az – ın verdiyi xəbərə görə, Moskva Dövlət Universitetinin Avropa Şurası kafedrasının rəhbəri Oleq Barabanov və Xarici Siyasət Tədqiqatları və Təşəbbüsləri İnstitutunun baş direkoru Veronika Kraşeninnikov sözügedən sanksiyalarla bağlı “Kommersant” qəzetinin suallarını cavablandırıb.

Sanksiyaların təsirinə gəlincə, buna ən düzgün cavabı baş nazirin müavini D.Roqozin verib:

“Dmitri Roqozin bildirib ki, onun xaricdə nə bank hesabı, nə də mülkiyyəti var. Mən Yelena Mizulina və bu siyahıda olan digərlərinin həqiqətən də ABŞ-da bank hesabları, yaxud da mülkiyyətinin olduğuna inanmıram. Məsələ ondadır ki, görünür, Vaşinqton daha sərt sanksiyalar barədə fikirləşməyə çalışır. Amma hazırkı sanksiyaların heç bir real nəticəsi olmayacaq. Bu insanların xaricdə maliyyə hesabları olmadığı üçün sanksiyalar nəticə verməyəcək. Vaşinqton və Brüsselin ritorikası daha çox qorxutmağa, siyasi təzyiqə xidmət edir. Buna görə də konkret əsaslara söykənməyən bu cür siyahılar meydana çıxır”.

O.Barabanov isə Aİ xarici işlər nazirlərinin toplantısında razılaşdırılan siyahının ilkin xarakter daşıdığını bildirib. “Məlumatlara görə, sanksiyalara “Qazprom” və “Rosneft” də məruz qalacaq. İndiki siyahılar hansısa psixoloji hücumun yoxlanılması xarakteri daşıyır. Hər halda Aİ-nin xarici siyasət məsələləri üzrə ali komissarı Ketrin Eşton deyib ki, qəti qərar Aİ-nin dövlət başçılarının həftə sonunda keçiriləvək sammitində qəbul ediləcək. Həftə sonunda vəziyyət daha aydın olacaq. Bu gün Rusiya prezidentinin çıxışı olacaq, Dövlət Dumasında müzakirələr aparılacaq. Krım artıq keçmiş mərhələdir, gələcəyə baxmaq lazımdır”, - O.Barabanov söyləyib.

ABŞ-ın fiziki şəxslərə qarşı tətbiq etdiyi sanksiyaları gələcəkdə hüquqi şəxslərə qarşı da tətbiq edə biləcəyini deyən O.Barabanov Vaşinqtondan fərqli olaraq Avropanın bundan çox uzağa gedəcəyini inandırıcı hesab etmir. Onun fikrincə, Rusiya və Avropa iqtisadi əlaqələri güclü olduğu üçün Avropanın iqtisadi sanksiyaları avropalıların özlərinə də zərər vura bilər.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm