İŞİD-in əsas gəlir mənbəyi açıqlandı
Bizi izləyin

Dünya

İŞİD-in əsas gəlir mənbəyi açıqlandı

İŞİD terror təşkilatının əsas gəlir mənbəyi vergilərdir.

Publika.az xəbər verir ki, bu barədə italiyalı jurnalist Loretta Napoleon hazırladığı analiz barədə “Sputnik” agentliyinə danışarkən deyib.

“İŞİD-in gəlirlərinin böyük hissəsinin neftin satışından olduğu barədə məlumat doğru deyil. Terror təşkilatı neftin satışından xeyli pul qazanır, amma ən əhəmiyyətlisi vergi ödənişləridir. İŞİD-in nəzarətindəki torpaqlarda təxminən 8 milyon adam yaşayır və təşkilat onlardan vergi toplayır”, - araşdırmaçı bildirib.

O, neft istehsalı və qaçaqmalçılıqdan da vergi topladığını söyləyib.

İtaliyalı jurnalistə görə, İŞİD insan alverindən vergi gəliri əldə edir. O, İŞİD-in bundan həftədə təxminən 500 min avro gəlir əldə etdiyini qeyd edib.

Napoleon hesab edir ki, İŞİD qapalı iqtisadiyyata sahib olduğu üçün vergi gəlirlərinin qarşısını almaq qeyri-mümkündür.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm