Seçkini uduzan müxalifət lideri istefa verdi
Bizi izləyin

Dünya

Seçkini uduzan müxalifət lideri istefa verdi

1 noyabr seçkilərindən sonra Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalının istefa verməsi ilə bağlı məlumatlar yayılıb.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, partiya sədri Dövlət Baxçalı partiya İdarə Heyətinin toplanılması üçün təlimat verib. Toplantıda MHP liderinin istefa verəcəyi barədə iddialar səslənir.

Lakin partiya məlumatı təsdiq etməyib.

1997-ci ildə MHP-nin sədri kreslosuna oturmasından indiyə kimi keçirilən 14 seçkidə məğlub olan Dövlət Baxçalı 26-cı çağırış parlament seçkilərində də eyni aqibətlə üzləşdi.

7 iyun seçkilərində 16,3 faiz səs alan MHP 1 noyabr seçkilərində 4,3 faiz səs itirib.

İlkin nəticələrə görə, 49,4 faiz səslə AKP təkbaşına iqtidara sahib olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm