“Əl-Qaidə” müsəlmanları Rusiya və Qərbə qarşı birləşməyə çağırdı
Bizi izləyin

Dünya

“Əl-Qaidə” müsəlmanları Rusiya və Qərbə qarşı birləşməyə çağırdı

“Əl-Qaidə” terror təşkilatının rəhbəri Ayman əz-Zəvahiri müsəlmanları İraq və Suriyada Rusiya və Qərb təhlükəsinə qarşı birləşməyə çağırıb.

Publika.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, əz-Zəvahiri amerikalılar, ruslar, iranlılar və “Hizbullah”ın onlara qarşı müharibəni əlaqələndirdiyini bildirib.

“Doğrudanmı, biz bir-birimizə qarşı mübarizəni dayandıra və fəaliyyətimizi onlara qarşı yönəldə bilmirik?” –“əl-Qaidə” rəhbəri internetdə audioyazı şəklində dərc edilən müraciətində deyib.

Müraciətin nə vaxt yazıldığı məlum deyil. Amma mətni onun Rusiyanın Suriyada hava əməliyyatlarına başladığı 30 sentyabr tarixindən sonra yazıldığını göstərir.

“Əl-Qaidə” sentyabr ayında İŞİD döyüşçülərinə İraq və Suriyada Qərb koalisiyası ölkələrinə qarşı mübarizədə birləşməyi təklif edib. Ekspertlər qeyd edirlər ki, “əl-Qaidə” və İŞİD əməkdaşlığı Yaxın Şərqdə vəziyyəti daha da çətinləşdirə bilər.

Qeyd edək ki, bir neçə gün əvvəl Rusiya “əl-Qaidə”nin Suriya qolu olan “ən-Nüsra Cəbhəsi” və İŞİD rəhbərlərinin birləşmək barədə razılaşdığını xəbər verib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm