İstanbulda Mövladi Uduqovun qohumu öldürüldü
Bizi izləyin

Dünya

İstanbulda Mövladi Uduqovun qohumu öldürüldü

İstanbulda Çeçenistan vətəndaşı Abdulvahid Edilqeriyev öldürülüb.

Publika.az Rusiya mediasına istinadən xəbər verir ki, qətlin kimlər tərəfindən törədildiyi barədə məlumat yoxdur.

O, dünən məsciddən qayıdarkən evinin yaxınlığında güllələnib. Məlumata görə,Abdulvahid Edilqeriyev Mövladi Uduqovun qohumudur. Uduqov İçkeriya Çeçen Respublikasının prezidenti Cövhər Dudayevin mətbuat katibi olub. Bundan başqa, o, müxtəlif vaxtlarda İçkeriya Çeçen Respublikasının informasiya naziri, baş nazirin birinci müavini və xarici işlər naziri olub.

Uduqov həm də Çeçenistan Respublikasında vəhhabizmin əsas ideoloqlarından biri hesab edilir. O, Rusiyada qadağan edilmiş “Kavkazsenter” ekstremist internet-resursunun administratoru idi. Öldürülən şəxsin qayınatası İsa Umarov isə “İmarat Qafqaz” (“Qafqaz Əmirliyi”) qruplaşmasının Suriyadakı qanadının kuratoru hesab edilirdi.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm