Dövlət Baxçalını azərbaycanlı əvəz edə bilər
Bizi izləyin

Dünya

Dövlət Baxçalını azərbaycanlı əvəz edə bilər

Parlament seçkilərində məğlubiyyətlə üzləşən Türkiyə Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalının postundan gedəcəyi barədə iddialar gündəmdən düşmür.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, MHP sədri postuna Sinan Oğan, Süleyman Sazak və Meral Akşener iddia edir. Qeyd edək ki, Sinan Oğan milliyətcə azərbaycanlıdır.

Qeyd edək ki, 1 noyabr parlament seçkilərinin nəticələrinin açıqlanmasından dərhal sonra Dövlət Baxçalının istefa verdiyi barədə xəbər yayılıb. Lakin xəbər sonradan MHP tərəfindən təkzib olundu. Bununla belə, siyasi kulislərdə 1 noyabr seçkilərinin MHP sədri olaraq Dövlət Baxçalı üçün son seçkilər ola biləcəyi bildirilir.

1 noyabr parlament seçkilərində MHP ağır məğlubiyyətlə üzləşib. 81 vilayətinin hamısında səs itirən partiyanın səsləri 16,5 faizdən 11,9 faizə düşüb. MHP millət vəkillərinin sayı isə 80-dən 40-a düşüb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm