Rusiyaya 140 cənazə göndərildi
Bizi izləyin

Dünya

Rusiyaya 140 cənazə göndərildi

Misirdə Rusiyaya məxsus təyyarənin qəzaya uğraması nəticəsində həyatını itirən sərnişinlərdən 140-nın cənazəsi Sankt-Peterburqa göndərilib.


Publika.az xarici mətbuata istinadən xəbər verir ki, Peterburqda morqa aparılan nəşlər yaxınları tərəfindən tanınacaq.


Qəzada həyatını itirənlərdən 132 nəfərin Sankt-Peterburqdan, 46 nəfərin isə Leninqraddan olduğu bildirlir.


Xatırladaq ki, oktyabrın 31-də Şarm-əl-Şeyx - Sankt-Peterburq reysi ilə uçan Rusiyaya məxsus А321 təyyarəsi havaya qalxdıqdan 23 dəqiqə sonra qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 217 sərnişin və 7 ekipaj üzvünün hamısı həlak olub.

Rübabə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm