Prezident iqamətgahının qarşısında şübhəli şəxs güllələndi - VİDEO
Bizi izləyin

Dünya

Prezident iqamətgahının qarşısında şübhəli şəxs güllələndi - VİDEO

İstanbulun Huber Köşkünün qarşısında şübhəli şəxs polis tərəfindən vurulub.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, Huber Köşkünə yaxınlaşan şübhəli şəxs polisin “dayan” xəbərdarlığına qulaq asmayıb.

Polis bundan sonra ona atəş açmağa məcbur olub. Yaralanan şəxs xəstəxanaya aparılıb.

Qeyd edək ki, 1980-ci illərdən bəri Türkiyə prezidentləri Huber Köşkündən iqamətgah kimi istifadə edir.

Ancaq digər bir iddiaya görə, Huber Köşkünün qarşısına gələn şəxs prezident Rəcəb Tayyib Ərdoğanla görüşmək istədiyini bildirib. Polislər ona prezidentin Köşkdə olmadığı üçün görüşün də hazırda mümkün olmadığını deyiblər. Bundan hiddətlənən şəxs polislərdən birin hücum çəkərək silahını ələ keçirərək öz başına atəş açıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm