Davudoğlunun erməni müşaviri: “Nə Öcalan, nə də Demirtaş...”
Bizi izləyin

Dünya

Davudoğlunun erməni müşaviri: “Nə Öcalan, nə də Demirtaş...”

Türkiyənin baş naziri Əhməd Davudoğlunun fəxri müşaviri və “Akşam” nəşrinin yazarı Etyen Mahçupyan PKK məsələsinin həlli prosesi ilə bağlı proqnoz verib.

Publika.az xəbər verir ki, Mahçupyan bundan sonrakı mərhələdə hökumətin PKK lideri Abdullah Öcalan və Xalqların Demokratik Partiyasının (HDP) həmsədri Səlahəddin Demirtaşla bir masaya oturmayacağını bildirib.

“Əl-Cəzirə”nin türk xidmətinə danışan Mahçupyan AKP iqtidarının PKK mövzusunda geri addım atacağını da bildirib: “Silahlı qarşıdurma və Suriyada vətəndaş müharibəsi davam etdiyi müddətdə hökumətin PKK-ya qarşı hazırkı münasibəti də dəyişməyəcək. PYD-yə qarşı da eyni münasibət bəsləniləcək. Digər tərəfdən ölkə daxilində HDP ilə müzakirələr aparılması ehtimalı da sıfıra bərabərdir. Xarici siyasətdə də sabitlik olana kimi nə Öcalan, nə də HDP-nin PKK probleminin həllində rolu ola bilər”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm